Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:12

Gəmi qəzasında 70-ə yaxın adam itkin düşüb


Costa Concordia gəmisi
Costa Concordia gəmisi

İtaliya sahillərində qəzaya uğrayan Costa Concordia gəmisi sualtı qayalara dəyəndən sonra çevrilib, gəmidə 4299 adam olub

İtaliya sahillərində səyahət gəmisinin batması nəticəsində azı 3 adam ölüb, 40 nəfər yaralanıb, 70 nəfər isə itkin düşmüş hesab olunur.

Yaralılardan ikisi ağır vəziyyətdədir.

Costa Concordia gəmisi Cilio adasının yaxınlığında batıb.

Hadisə yerinə dərhal xilasedici qruplar , vertolyotlar göndərilib və sərnişinlər Cilio adasına köçürülüb.

Gəmidə ümumilikdə 4299 adam olub.

Hazırda gəmi böyrü üstədir.

Dalğıclar gəminin içərisini, bir-bir otaqları yoxlayırlar.

Ölü sayının artacağı istisna olunmur.
Qəzanın səbəbləri araşdırılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG