Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:09

Pakistan hökuməti buraxıla bilər


Böyük Britaniya və Pakistan rəsmiləri Pakistanda hərbi çevrilişin qarşısını almaq üçün baş nazir Yusif Rza Gilaninin Britaniya hökumətinə müraciət etməsiylə bağlı yayılmış məlumatı təkzib ediblər.

Associated Press agentliyi bundan əvvəl naməlum mənbələrə istinadla belə bir məlumat yaymışdı.

Amma Böyük Britaniyanın xarici işlər nazirliyi ilə Pakistan hökuməti məlumatı təkzib ediblər.

Son vaxtlar Pakistanda hərbçilərlə mülki hakimiyyət arasında münaqişə yaranıb.

Baş nazir Yusif Rza Gilani cümə günü parlamentdə çıxış edərkən deputatlardan dəstək istəyib və bildirib ki, onlar demokratiya ilə dikdatura arasında seçim etməlidirlər.

Bazar ertəsi parlamentdə baş nazirə etimad məsələsi ilə bağlı səsvermə keçirilməlidir.

Analitiklər Pakistanda hərbi çevriliş ehtimalının çox az olduğunu deyirlər.

Amma ənənəvi olaraq ordu rəhbərliyi ilə yaxın olan Ali Məhkəmə buraxdığı nöqsanlara görə, hökuməti hakimiyyətdən kənarlaşdıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG