Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Myanmada yüzlərlə siyasi məhbus azad edilib


Cümə günü Myanmada yüzlərlə siyasi məhbus azadlığa buraxılıb.

Daxili işlər naziri amnistiyaya düşmüş təxminən 600 nəfərdən 302-nin azad edildiyini deyir.

Onların arasında bir sıra tanınmış müxalifət liderləri də var.

Qərb ölkələri və Myanma müxalifəti hakimiyyətin bu addımını alqışlayıblar.

ABŞ dövlət katibi Hillary Clinton cümə günü ölkəsinin Myanma ilə diplomatik münasibətlərin qurulmasıyla bağlı danışıqlara hazır olduğunu bəyan edib.

Siyasi məhbusların azad edilməsi Myanma ilə münasibətlərin normallaşmasında Qərb ölkələrinin əsas tələblərindən biridir.
XS
SM
MD
LG