Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:12

Cavanşir Yusifli. Çalpapaq Kərəm


Cavanşir YUSİFLİ


ÇALPAPAQ KƏRƏM

“Bərpaçıya məktublar” silsiləsindən

Bəzən havalar qarmaqarışıq keçəndə, - bu havaları yox, mən o havaları, yəni bizə toy tutan havaları deyirəm, - bilmirsən neyləyəsən, üstünü-başını çıxarırsan, olmur, durub bu şəhərdən gedirsən, yenə olmur, yer kürəsinin son nöqtəsinə gəlib də özünü uçurumdan atmaq istədiyin anda ... əlin-ayağın soyuyur, peşman olub yenə bu cəhənnəmə qayıtmalı olursan, qorxaqlıqdan yox ki, sadəcə, bəxtin gətirmir...

Komik situasiya. Nədir o? Özün bilirsən beləsən, ancaq bunu özünə bildirmirsən. Guya.

Beş-on səhifəlik ədəbiyyat haqqında danışırsan, bir nəfəri də yanına bağlayırlar ki, sual versin.

Oxucunu uçurumlu yollarla aparıb düz xirtdəyinə dirənirsən, Tolstoydan, Dikkensdən, Dostoyevskidən... tutmuş ta ərzin hər küncünə qədər... Ancaq, nə olsun? Ədəbiyyat ki, yoxdu ... Söz ki, ölüb. Qardaş, sən mollasan, nəsən? Sənin virdin niyə qurtarmır, kimin üstündə ağlayırsan, sən nə yekəbaş mollasan?

Bir nəfər dostumuz var. Əsəbiləşəndə yaddaşını itirmiş kimi olur, mübahisə elədiyi adamdan qəfildən soruşur:

- Sənin adın nədir?

Qəfil hamıdan gülüş qopur, heç kəs onun yaddaş qırıqlığına fikir vermir və dərhal da əlavə edir:

- mənim fırıldağnan işim yoxdu, ancaq “ya allah” desəm, heç kəs məni saxlaya bilməz.

İçində Babək qalmaqalı olan yazıları oxuyanda nədənsə yadıma bu epizod düşdü.

Alimnüma elə qızışır ki, özünü elə itirir ki, hər şeyi qarışdırır bir-

Şerif. PR
Şerif. PR
birinə, İrandan vurub Turandan çıxır, arada barmaqları arasından onu boya-başa çatdıran missionerlərə salam göndərir, taxta qılıncı götürüb oynada-oynada Qanturalının “Mustafa” romanını oxuyur, sonra əlindəki qələmi qılınca çevirib Əli Əkbərin “Sarı gəlin” romanının üz qabığındakı şəkildə kombinezon geymiş yekəburun kişinin kombinezonunu bıçaqlayır, bir sözlə min oyun çıxarır ayıya dayı, dayıya ayı deyir, lap sonda güzgü qabağına keçibən surətinə baxır və soruşur:

- Qardaş, sənin adın nədir?

Bu xarabada heç kəs öz adını bilmir.

Onda nə olsun? Kim gəlib “dağılışın!” əmrini verəcək?

Yox, deyəsən, biz yuxudan kal oyanmışıq.

AMNEZİYA bundandır.

Tez-tez yadıma “Yeddi oğul istərəm” filminin əvvəli düşür. Bu yeddi oğul əvvəlcə Çalpapaq Kərəmgilə gəlirlər. Çalpapaq Kərəm son nəfəsində nə deyir:

- Sinən olan yerdə ...

İstəyirsən filmə müdaxilə edib qışqırasan:

- Rəhmətliyin oğlu, nə sinə, nə baş, hər yer qatıq...

HƏR YER SƏNSƏN ...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG