Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:17

ABŞ 500 milyard dollara qənaət etmək üçün qoşunlarını Avropadan çıxarır


ABŞ növbəti 10 ildə hərbi xərcləri azaltmaq məqsədi ilə Avropadakı 2 briqadasını çıxaracaq. ABŞ Müdafiə naziri Leon Panetta deyib ki, hər birində 3 - 5 min arası əsgər olan briqadalar çevik qüvvələrlə əvəzlənəcək. ABŞ-ın hazırda ALmaniyadakı hərbi bazalarda 3, İtaliyada bir döyüş briqadası var.

ABŞ Prezidenti Barack Obamanın ötən həftə təsdiqlədiyi plana görə, ABŞ ordusundakı islahatlarla növbəti 10 ildə 487 milyard dollara qənaət eləmək nəzərdə tutulur.
XS
SM
MD
LG