Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:01

Moskvada tacik jurnalist bıçaqlanıb


Dodojon Atovulloev
Dodojon Atovulloev
Tacikistan prezindenti Emomalii Rahmonı tənqid etdiyi üçün sürgünə göndərilən 56 yaşlı tacik dissident jurnalist Dodojon Atovulloev Moskva Sklifosovski Xəstəxanasında cərrahiyyə əməliyyatına məruz qalıb.

AzadlıqRadiosuna yalnız adını söyləyən, onun sürücüsü Amonboy deyib ki, Atovulloevun vəziyyəti yaxşılaşır və o, tezliklə ümumi palataya köçürülə bilər:

- Allaha şükür, onun vəziyyəti stabildir, yaxşıdır.

Polis dördüncü gün gecə iki bıçaq yarası almış Atovulloevi paytaxtın Komsomolski pospektində tapıb.

SİFARİŞLİ HÜCUM ?

Adının açıqlanmasını istəməyən polis rəsmisi İnterfax xəbər agentliyinə deyib ki, ola bilsin, hücum sifarişlidir. Polis deyib ki, kim isə Atovulloevin evinin yaxınlığında yerləşən «Viadzhio» Italiya restoranda onunla görüş təşkil edib. Dissident jurnalist də məhz həmin yerdə bıçaqlanıb.

Sürücü Amonboy deyib ki, o, axırıncı dəfə Atovulloevin dördüncü gün axşam görüb:

- Biz iki yerə getdik və sonra mən onu evə gətirdim. O içəri keçdi. Sonra mən gecəyarısı zəng aldım və hamımız hospitala getdik.

ƏLİ QANLI ŞƏXS SAXLANIB

Polis kriminal hadisəni sifarişli hücum versiyası üzrə araşdırır. Moskva polis xidmətinin sözçüsü Arkady Bashirov AzadlıqRadiosunun özbək xidmətinə deyib ki, həmin gecə hadisə ilə əlaqəli bir şübhəli şəxs saxlanıb:

- Gecə əraziyə patrul nəzarəti olan vaxt polis əli qanlı bir nəfəri saxlayıb və polis bölməsinə gətirilib.

Məlumatda bildirilir ki, həmin şəxs hücum faktını inkar edir və deyir ki, əlləri öz qanına bulaşıb. Polis qan izlərini analiz üçün laboratoriyaya göndərib: «Biz bundan sonra onun hücumda iştirak edib-etməməsini söyləmək olar».

Polis hadisə yerindən əldə edilmiş digər dəlilləri də araşdırır, Atovulloev da vəziyyəti yaxşı olan kimi dərhal sorğu-suala tutulacaq.

Tacikistan prezindenti Emomalii Rahmon
Tacikistan prezindenti Emomalii Rahmon
Atovulloev 1992-ci ilin dekabrında ölkəni tərk edib. O vaxtdan bəri əsasən Moskvada yaşayıb, bir il isə Almaniyada. Tacikistandan uzaq olsa da, yenə də bu ölkə rəhbərliyini sərt tənqid edən yazılarla çıxış edir. 2004-cü ildə vətəninə gedib, amma həbs olunma təhdidi üç gün sonra onu Tacikistanı tərk etməyə məcbur edib.

JURNALİST NƏDƏN YAZIRDI?

O, Tacikistanın ilk müstəqil qəzeti, prezident Rakhmanı tənqid edən “Charogi Ruz”un təsisçisidir.

Bu yaxınlarda. Düşənbədə biri rus olan iki pilotun həbsxanaya salınmasına görə, Rusiya ilə Tacikistan arasında mübahisə zamanı prezident Rakhmanı sərt tənqid edənlərdən biri olub.

Atovulloev məlumat vermişdi ki, pilotların həbsinə səbəb Tacikisitan prezidentinin qohumunun Moskvada həbs olunması olub. İki ölkə arasındakı münaqişə nəticəsində Moskva yüzlərlə tacik mühaciri deportasiya elədi.
Düşənbə Atovulloevin ekstadisiyasını dəfələrlə Moskvadan istəyib, ancaq Rusiya bu xahişi rədd edib.

Atovulloev tacik müxalifətində parlaq fiqurdur. O, bu reputasiyasını 1980-ci illərdə yazdığı və hakimiyyəti tənqid edən, yerli monoton sovet mətbuatının əksinə olan "Javononi Tojikiston" ("Tacikistan gəncləri") qəzetində çap edilən məqalələri ilə qazanıb.
XS
SM
MD
LG