Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:02

Türkiyənin ən bahalı filmi gəlir, nə gəlir...


Ya mən İstanbulu alacağam, ya İstanbul məni…

Fatih Sultan Mehmetin bu sözlərini yəqin ki, artıq fraqmentləri yayılmağa başlayan “Fəth - 1453” filminin açar sözü adlandırmaq olar.

Fatih Sultan Mehmetin İstanbulu fəth etməsinə həsr olunmuş filmin rejissoru Faruk Aksoydur.

Ssenaristlər Atilla Engin və İrfan Saruhandır.

Film Türkiyə kino tarixinin ən böyük büdcəli filmi sayılır.

Filmin büdcəsi 17 milyon dollardır.



Türk mediası Faruk Aksoyun bundan əvvəl çəkdiyi “Recep İvedik” filmindən qazandığı məbləğin hamısını bu filmə yatırdığını yazır.

Ancaq bu para da azlıq edib. Rejissor bankdan kredit alıb, evini satıb və qardaşından borc pul istəməyə məcbur olub.

Faruk Aksoy 8 aylıq hazırlıqdan sonra 2009-cu ilin sentyabrında filmi çəkməyə başlayıb.

Film az qala 3 ilə çəkilib.

Filmdə baş rolu—Fateh Sultan Mehmeti—Devrim Evin canlandırıb.

İbrahim Çelikkol isə Ulubatlı Hasanı (Osmanlı bayrağını Topqapı surlarına taxan və şəhid olan gənc əsgər—S.İ.)

Filmdə sur döyüşlərində geyilmək üçün 2 min 500 kostyum tikilib. 6 min silah və döyüş ləvazimatları hazırlanıb.

Filmdə rol alanlar həftələrcə qılınc, yay və döyüş dərsləri alıb.

Gəmilərin qurudan yürüdülüb Halicə salınma səhnələri effekt mütəxəssisləri tərəfindən dəfələrlə hazırlanıb.

Hətta Faruk Aksoy Müdafiə nazirliyinə məktub yazaraq gerçək əsgərlərin filmdə çəkilməsini istədiyini də bildirib.

Yeni filmin ABŞ və İngiltərə başda olmaqla bir çox ölkələrdə izlənəcəyi bildirilir.

Hələ göstərilməsə də, filmi birmənalı qarşılamayanların olacağı şübhəsizdir.

Məsələn, filmin təkcə fraqmentlərinin yayılması Yunanıstanda qəzəbə səbəb olub.

Türkiyə mediası “Fetih 1453’ün fragmanı bile Yunanistan’ı ayağa kaldırmaya yetti” - kimi başlıqlar verib.

Yunan qəzetləri filmi “türklərin 17 milyonluq fəth propaqandası” adlandırıb.

Qəzetlər “türk işğalçılar filmdə özlərini dünyanın hakimi olaraq göstərirlər.

Filmdə rum əsgərləri Osmanlı super gücü qarşısında baş əymiş kimi görünür” - kəlmələrini işlədib.

Xatırladaq ki, 170 dəqiqəlik “Fəth - 1453” filmi Türkiyədə fevralın 17-də göstərimə girəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG