Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:48
Populyar rus yazıçısı Boris Akunin (əsl adı Qriqori Çxartişvili) qadın təxəllüsü ilə də üç roman yazıbmış

Onun “Anna Borisova” təxəllüsü ilə yazdığı romanlar son illərdə çap edilib:

"Там", "Креативщик" və "Времена года".

Sirr açılandan sonra yazıçı öz bloqunda məsələyə aydınlıq gətirməli olub.

Sən demə onun “Anna Borisova” ilə yanaşı daha bir gizli təxəllüsü olub: “Anatoli Brusnikin”.

Akuninə görə, çoxdan istəyirmiş ki, “tamam başqa tipdə” belletristika yazsın.

Amma indiyəcən formalaşmış olan imici, özünə məxsus üslubda, mövzularda yazılmış əsərləri onun üçün sanki çərçivəyə çevrilibmiş.

“Düşündüm ki, əgər akuninsayağı yazmayacamsa, onda qoy elə imzamı da dəyişim. Heç kəsi də məyus etməyim.

Beləliklə, Akunin dünyasının çərçivələrinə sığmayan “Borisova” və “Brusnikin” kimi “müəlliflər” yarandı”.


Yazıçı bloqunda qeyd edir ki, kitabların çapını boynuna götürmüş nəşriyyatlar bunu gizli saxlamağı söz versələr də, dərhal sızmalar olub.

“Anna Borisova” imzalı əsərlərin qəhrəmanı olan qadın təminatlı ailədəndir. O,
yazıçılığa həm də darıxdığından başlayır.

Bir səbəb də onun uzun illər içində toplanmış fikirləri və duyğuları dünyayla bölüşmək istəyidir. Kompüter qrafikası ilə “Anna Borisova”nın fotosu da yaradılıbmış.

Bu Akuninlə onun həyat yoldaşının fotolarının “sintezidir”.

Akunin etiraf edib ki, “Borisova”nın kitabları elə də böyük maraq doğurmayıb, üç roman ümumilikdə heç 200 min nüsxə də satılmayıb.


“Amma bu qadın yazar mənim xoşuma gəlirdi. Yaxşı xalaydı. Amma hər şeyin bir sonu var. Ona əlvida deməyin vaxtı çatdı”.

Yazıçı bloqundakı növbəti postunda “Brusnikin” haqqında da danışmağı söz verib.

Yanvarın 21-də “Brusnikin”in “Bellona” adlı yeni romanı işıq üzü görəcək. Bu, həmin imzayla çap edilmiş trilogiyanın sonuncu əsəridir.

(Əvvəlki əsərlər - "Девятый спас" və "Герой нового времени").

АСТ nəşriyyatı yanvarın 21-də “illərdir ki, milyonların qəlbini fəth edən” bəzi başqa imzaların arxasında kimlərin dayandığını açıqlamağı da söz verib.

oxuzalı.az
XS
SM
MD
LG