Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34
Yanvarın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı daha 12 nəfər artıb. Bir qrup mədəniyyət və incəsənət işçisinə hakim partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Bu haqda AzadlıqRadiosuna partiyanın mətbuat xidmətindən məlumat verilib.

Vəsiqə alan müğənnilər Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, Cavanşir Məmmədov, Firuzə İbadova, Elza Qasımova (Seyidcahan), Lalə Məmmədova, Yaşar Yusifov, Samirə Allahverdiyeva, aktyor Elməddin Cəfərov, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Eteri Cəfərova, modelyer Gülnarə İbadova və rəssam Xəzər Nəbiyevdir.

Təqdimetmə mərasimində YAP-ın icra katibi Əli Əhmədov çıxış edib. O, Azərbaycanda yaradıcı insanların yaşaması və işləməsi üçün münbit şəraitdən danışıb. Eyni zamanda deyib ki, partiya üzvlərinin sayı 560 minə yaxınlaşır. Amma yaxın vaxtlarda bu rəqəm 600 min çatacaq.

Ötən il də bir qrup müğənni, o cümlədən «Eurovision» Mahnı Yarışmasında Azərbaycanı təmsil edən Aysel Teymurzadə ilə Səfurə Əlizadə də YAP-a üzv olmuşdular.

Şərhləri göstər

XS
SM
MD
LG