Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Gəncəyə uçuşlar 25 faiz ucuzlaşdı


Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Gəncə-Bakı marşrutu üzrə aviabiletlərin qiymətini 25% endirib.

AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, əgər bundan öncə Bakı-Gəncə marşrutu üzrə bir aviabiletin qiyməti 40 manat təşkil edirdisə, hazırda biletin qiyməti 30 manata endirilib.

Qeyd edək ki, Bakıdan Gəncəyə aviareyslər hər gün saat 09:55-də, Gəncədən Bakıya isə I, VI və VII günlər saat 15:55-də, II, III, IV və V günlər saat 11:55-də ATR tipli avialaynerlə yerinə yetirilir.
XS
SM
MD
LG