Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

Balaxanı tullantılar poliqonu 2 ilə dünya sanitariya standartlarına cavab verəcək


Azərbaycan paytaxtının Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu 2014-cü ilədək dünya sanitariya standartlarına tam cavab verəcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ilin sonunda istifadəyə veriləcək: «Zavodun fəaliyyəti nəticəsində 500 min ton məişət və 10 min ton tibbi tullantı utilizasiya olunacaq ki, bunun nəticəsində 230 mln. kVt/saat elektrik enerjisi istehsal ediləcək».

Qeyd edək ki, ilkin hesablamalara əsasən, zavodun fəaliyyəti nəticəsində Bakıda tullantıların ümumi kütləsi 3 dəfə, həcmi isə 10 dəfə azalacaq.

Xatırladaq ki, vaxtilə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda baş verən yanğın və tüstülənmə Bakı şəhərinin ekoloji vəziyyətinə və insan sağlamlığına mənfi təsir göstərib. Lakin «Təmiz Şəhər» ASC tərəfindən Balaxanı poliqonunun idarəetməsinə başlandıqdan sonra ərazidə yanğın və tüstülənmə hallarının qarşısı alınıb.

Ümumiyyətlə, «Təmiz şəhər» ASC məişət tullantılarının toplanması, emalı və utilizasiyası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə 2008-ci ildə təsis olunub.
XS
SM
MD
LG