Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:44

Leyla Əliyevanın şeirləri, yığışdırılan taksilər və Qəbələ RLS...


Foto: Arxiv

Foto: Arxiv

«Bizim yol» qəzeti yanvarın 13-dəki sayında yazır: «Rusiyadan şəhidlərimizə həqarət».

«Rusiya hökuməti Bakıdakı 20 Yanvar qırğınında iştirak edən hərbçilərə veteran statusunun verilməsi ilə bağlı qərar verib. Qərarda bildirilir ki, Kreml SSRİ ərazisində elan edilmiş fövqəladə vəziyyətlərdə, silahlı münaqişələrdə «öz borcunu yerinə yetirən qulluqçuların» hüquqi statusunu müəyyənləşdirir».

Qəzetə açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir deyib ki, Azərbaycan ortaya mövqe qoymalıdır: «Özü də bu mövqe evin içində deyil, beynəlxalq qurumlarda, Rusiya hökuməti qarşısında qaldırılmalıdır…».

«Exo» qəzeti yazır ki, Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi ayın sonunadək uzadıla bilər. Ancaq hərbi ekspert Üzeyir Cəfərov bundan əmin deyil: «İnanmıram ki, Qəbələ RLS ilə bağlı razılaşma ayın sonuna kimi imzalansın…».

«Yeni Müsavat» qəzeti yazır: «Bakıda taksi «soyqırımı» olacaq». Nəqliyyat və Daxili İşlər nazirlikləri lisenziyasız taksiləri yığışdıracaq. Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib: «Reyd zamanı lisenziyasız işləyən bütün nəqliyyat vasitələrinin fəaliyyətinə qadağa qoyulacaq». O bildirib ki, taksi kimi yalnız istehsal tarixindən 5 il müddətinə kimi olan maşınlar istifadə oluna bilər. Bu tələblərə cavab verməyən bütün Rusiya istehsalı maşınlar xətdən çıxarılacaq.

«Azərbaycan» qəzeti yazır ki, yanvarın 12-də prezident İlham Əliyev Bakı-Ələt avtomobil yolunun Bayraq Meydanına qədər olan hissəsinin tikintisi, Bayraq Meydanı və onun ətrafında həyat keçirilən tədbirlərlə tanış olub.

Rəsmi qəzetlər həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə müsahibə dərc edib. O, şeir yazmağından, rəssamlığından danışıb:

«Mənim şeirlərim çoxdur, sadəcə olaraq daha onları çap etdirmirəm. Əlbəttə kitab çap etdirmək ideyası var, amma bu, gələcəkdə olacaq. Şeir yazmaq da rəssamlıq kimidir, 1 il yazmamaq, sonra isə bütün həftəni yazmaq olar…».

Müsahibənin maraqlı yerləri ilə ətraflı «Oxu zalı» səhifəmizdə tanış ola bilərsiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG