Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27

Türkiyənin Xarici İşlər naziri gəlir


Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu yanvarda Azərbaycana səfər edəcək.

Bunu Türkiyə XİN-in rəsmi nümayəndəsi Səlçuq Ünal bildirib.

Ə.Davudoğlu Azərbaycan, İran və Türkiyənin XİN rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyi Naxçıvana yanvarın 17-də gələcək.

Bu görüşün keçirilməsi ilə bağlı razılaşma ötən ilin noyabrında üç ölkənin nazir müavinlərinin Naxçıvandakı görüşü zamanı əldə olunub. Həmin görüşdə Azərbaycanı Xarici İşlər nazirinin müavini Xələf Xələfov təmsil etmişdi. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG