Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:02

Dahi bəstəkarın yeni məktubu tapıldı


ADRESDƏ YAZIN: “L.V. BETHOVEN. VYANA”— ÇATACAQ

Bu sətirlər dahi alman bəstəkarı Lüdviq van Bethovenin (17 dekabr 1770 - 26 mart 1827) yenicə tapılmış məktubundan götürülüb.

Məktubu Lübekdəki Brams İnstitutu aşkarlayıb.

Həmkarı Frans Ştokhauzenə ünvanlanan məktub bəstəkarın ölümündən dörd il öncə--1823-cü ilin iyulunda yazılıb.

Ştokhauzenin kötükcəsi bu məktubun tapıldığı arxivi vaxtilə Brams İnstitutuna vəsiyyət edibmiş.

Məktub 6 səhifədən ibarətdir.

Dahi bəstəkar məktubda pulsuzluqdan şikayətlənir və “Təntənəli messa” əsərini (Missa solemnis) tamamlamaq üçün bir xeyirxah adama ehtiyacı olduğunu israrla söyləyir: “Az maaşım və kövrək sağlamlığım məni daha yaxşı şəraitə tərəf sürükləyir”.

Bethoven məktubda həmkarına gözağrısından da şikayətlənir və əlavə edir ki, qardaşoğlusunun təhsili ona ağlagəlməz dərəcədə baha başa gəlir (Bethoven qardaşı vərəmdən erkən öldüyündən onun oğlunun hamisi idi--S.İ.).

O Ştokhauzenə artıq çox məşhurlaşdığını da yazır: “Mənə məktubları sadəcə L.V. Bethoven, Vyana—ünvanına yaz, gəlib çatacaq –deyir.
Brams İnstitutu tapılan məktubu çox qiymətli sənəd hesab edir. «Bəxtimiz ağlasığmaz dərəcədə gətirib”--intitutun direktoru Volfqanq Sandberger sevincini bu sözlərlə ifadə edib.
İnstitut məktubun ilk auksion qiymətini 123 min funt sterlinq məbləğində qiymətləndirir. Amma bunun son qiymət olmadığını da deməyi unutmur. Çünki söhbət 6 səhifəlik məktubdan gedir, ötən il Bethovenin əli ilə yazılmış 6 sözdən ibarət adi qeyd auksionda 49 min funt sterlinqə alıcı tapıb.

РИА «Новости»--nin yazdığına görə, dahi bəstəkarın məktubunda qeyd etdiyi əsər— “Missa solemnis” ilk dəfə 1824-cü il aprelin 7-də Sankt-Peterburqda ifa olunub. Əsərin hamisi knyaz Nikolay Qalitsın olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG