Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:55
Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqların ilk mərhələsi fevralın 7-də keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Onun sözlərinə görə, iclas Bakıda keçiriləcək amma tarix Avropa Birliyi tərəfindən rəsmən təsdiqlənməlidir.

Avropa Birliyinin Nazirlər Şurası dekabrın 20-də Azərbaycanla viza rejiminin sadələşdirilməsilə bağlı danışıqlara mandat verib.

Söhbət viza rejiminin ləğvindən yox, rüsumlar və viza almaq üçün tələb olunan sənədlərin azaldılması, habelə bəzi şəxslərə viza verilməsinin asanlaşdırılmasından gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG