Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:53

Mirmahmud Mirəlioğlu: Əksəriyyət İctimai Palatadan kənarda qalıb


Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu
«Kimsə İctimai Palata ilə bizi bir-birimizə alternativ saymamalıdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. 5 siyasi partiyanın yaratdığı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı barədə danışan partiya sədri bildirib ki, məqsəd kənarda qalmış bütün müxalif fikirli insanları bir araya toplamaqdır:

«Azərbaycandakı problemləri həll etmək üçün mövcud strukturlar, mövcud yanaşmalar kifayət etmir. Cəmiyyətin mövqeyinin ifadəsində və problemlərin həlli istiqamətində hər kəsin səyi birləşmir. Siyasi mənsubiyyəti, partiya mövqeyi, müxtəlif bloklarda, birliklərdə olan münasibətlər üzündən böyük əksəriyyət kənarda qalır...».

İTTİHAMLARA CAVAB

M.Mirəlioğlu bu hərəkatı «hakimiyyətin yeni layihəsi» adlandıranlara da cavab verib:

«Bu rejimin bünövrəsinə kifayət qədər xidmət edən insanlar olub. Bu rejimə hətta ən yaxşı şəkildə susanlar olub, onda bizim səsimiz, mövqeyimiz ortada olub. Hər halda, biz nə bacarmışıqsa, onu etmişik...».

KXCP sədri deyib ki, o, heç vaxt hakim rejimi müdafiə etməyib:

«Kimdəsə öz fərziyyəsindən, böhtanından başqa mənim İlham Əliyevə xidmət etməyimi isbatlaya biləcək nəsə varsa, desin, Azərbaycan siyasətindən gedim. Siyasət də düzəlsin...».

«İCTİMAİ PALATAYA ALTERNATİV DEYİLİK»

İctimai Palata
İctimai Palata
M.Mirəlioğlu onu da bildirib ki, İctimai Palata bütün qüvvələri əhatə edə bilmədiyi üçün belə bir hərəkatın yaranmasına ehtiyac vardı. Amma:

«Yerdə qalan qüvvələrin hamısının birləşməsi məsələsi çox böyük iddia olar. Amma arzu ola bilər...».

M.Mirəlioğlu yeni yaranan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İctimai Palataya alternativ ola biləcəyi fikri ilə də razı deyil:

«Biz bir-birimizə alternativ deyilik və o niyyətdə də deyilik. Bundan kimsə əndişəyə düşməməlidir...».

«ƏLİ KƏRİMLİYƏ TƏŞƏKKÜR EDİRƏM»

KXCP sədri İctimai Palatanın Koordinasiya Şurasına keçirilən seçkilərdə səslənən fikirlərə də münasibətini açıqlayıb:

«Biz həm deyirik, birlikdə olaq, həm də başlayırıq yarışmağa ki, kimin səsi daha çox olacaq. Bunu da adamlar görürlər. Məsələn, mən Əli Kərimliyə təşəkkür edirəm. Son sessiyadakı çıxışı tarixi bir çıxışdır. O, indiyə qədər deyilənlərin hamısına nöqtə qoydu. Aydınca bildirdi ki, İctimai Palata Müsavatın və Xalq Cəbhəsinin qurumudur...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG