Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:36

Amerika məhkəmələri şəriətə istinad edəcək


Federal Apelyasiya Məhkəməsi müsəlman icmasının iddiasını təmin edib, qanunun tətbiqini dondurub

Artıq Amerikada da hakimlər İslam qaydalarına müraciət edə biləcəklər. "The New -York Times" xəbər verir ki, Federal Apelyasiya Məhkəməsi Oklahoma ştatında məhkəmələrin şəriət normalarından istifadəsini qadağan edən qanunun tətbiqini dayandırıb.

Bundan əvvəl Oklahomada hüquqa aidiyyəti və barəsində presedenti olmayan məsələlərlə bağlı məhkəmələr şəriət qaydalarına istinad edə bilirdilər. Lakin 2010-cu ilin noyabrında ştat rəhbərliyinin təşəbbüsü ilə bu qaydanı qadağan edən norma - Konstitusiyaya dəyişiklik qəbul edilmişdi.

BİR DİN DİGƏRİNDƏN ÜSTÜN TUTULA BİLMƏZ

Vətəndaş azadlıqlarının müdafiəsi Amerika Şurası və Amerikan-İslam münasibətləri üzrə Şuranın iddiasına əsasən bu məsələ yerli məhkəməyə çıxarılmışdı. Aşağı instansiya məhkəməsinin qərarına görə, qaydanın tətbiqi dondurulmuşdu.

Bu dəfə 10-cu Dairə Federal Apelyasiya Məhkəməsi də Oklahoma seçki komissiyasının təsdiqlədiyi düzəlişin digər konstitusion qaydaya (bir dinin digərindən üstün tutulmasının qadağan edən qayda) zidd olduğunu müəyyən edib. Buna görə də qanunun tətbiqi dayandırılıb və əvvəlki qayda işə düşüb. Yəni, hazırda Oklahoma məhkəmələri şəriət normalarına istinad edərək qərar çıxara biləcəklər.

HÖKUMƏT BU QADAĞANI ƏSASLANDIRA BİLMƏYİB

Apelyasiya Məhkəməsinin hakimi Skott Metison deyib ki, cavabdeh tərəf, yəni hökumət bu qaydanı qadağan edən normanı qəbul etməsinin səbəblərini əsaslandıra bilməyib:

“Konstitusiyaya düzəlişin qəbulunu ən yaxşı halda spekulyativ adlandırmaq olar”.

İddiaçı tərəf, Amerikan-İslam münasibətləri üzrə Şuranın təmsilçisi Munir Avad məhkəmə qərarından razılığını bildirib:

“Bu, bir daha onu göstərir ki, cəmiyyətdə getdikcə artan antimüsəlman fanatizminə qarşı Konstitusiya son müdafiə mexanizmidir. Ümid edirik ki, bu qərar həm də bu məsələdə siyasi xal toplamağa çalışan siyasətçilərə dərs olacaq”.

Öz növbəsində, qanun tərəfdarları da qərarla razılaşmayacaqlarını bəyan ediblər. Senator Anthony Sykes deyib ki, Federal Apelyasiya Məhkəməsinin Oklahoma seçicilərinin 70 faizinin rəyini nəzərə almaması düzgün deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG