Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:50

Yaponiya İrana qarşı sanksiyalara qoşulur


Yaponiya İrandan neft alınmasını məhdudlaşdırır.

Ölkınin maliyyə naziri Jun Azumi bildirib ki, beynəlxalq aləm İranın nüvə proqramına göz yuma bilməz və biz bu məsələdə ABŞ-ın mövqeini başa düşürük.

O belə bir bəyanatla Tokioda Birləşmiş Ştatların maliyyə naziri Timotihy Geithnerlə görüşdükdənsonra keçirdiyi mətbuat konfransında çıxış edib.

Yaponiyanın neftə olan ümumi təlabatının 10 faizini İran verir.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG