Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:04

İran alimin öldürülməsi ilə bağlı BMT-yə müraciət edib


İran nüvə proqramı üzrə alim Mostafa Ahmadi Roshanın öldürülməsi ilə bağlı BMT-yə müraciət edib. Təşkilatı alimin ölümünü araşdırmağa çağırıb.

İranın BMT-dəki daimi nümayəndəsi Mohammad Khazai müraciətində bildirib ki, heç bir siyasi-iqtisadi təzyiq, mütəxəssislərə hücum Tehranı dinc nüvə proqramını genişləndirməsi hüququndan çəkindirə bilməz.

Khazai Roshanın öldürülməsində “xarici kvartetin” əli olması ilə bağlı onlarda sübutlar olduğunu da deyib. Ancaq kvartetdə kimlərin olmasını bildirməyib.

Yanvarın 11-də Tehranda Natanz nüvə təsisatının mütəxəssisi Mostafa Ahmadi Roshan terror nəticəsində öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG