Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49
“2011-ci il ərzində ölkədə 2890 yol nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 1016 nəfər ölüb və 3031 nəfər xəsarət alıb”

DİN Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəsmi statistika Bakıda yenicə yaranan “Təhlükəsiz Yol” Alyansının təsis yığıncağında bir daha səslənib.

Ölkədə il ərzində yol qəzalarının və qəza qurbanlarının sayının artması bu problemin həllinə vətəndaş cəmiyyəti qurumlarının müdaxiləsini qaçılmaz edib.

Ölkənin 10-dan artıq qeyri-hökumət təşkilatı bir alyansda birləşərək bu sahədə birgə fəaliyyət göstərməyə qərar verib.

Alyansın təsisçiləri “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım” Assosiasiyası (AVCİYA), “İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti” üzrə Birgə İşçi Qrupu (BİQ), “İnsan Hüquqları XXI əsr –Azərbaycan” Fondu, “Konstitusiya” Araşdırmaları Fondu, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi, “Azərbaycan Ekologiya Standartlarının Monitorinqi” Fondu, “Siyasi Texnologiyalar” Mərkəzi, “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi” Mərkəzi, “Söz Azadlığını Müdafiə” Fondu, “Els” Müstəqil Araşdırmalar Mərkəzi və “Korrupsiyaya Qarşı Mübarizə” Fondudur.

Təsis yığıncağında problemin ciddiliyi, vətəndaş cəmiyyəti sektorunun bu sahədə dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığının vacibliyi kimi mühüm məsələlər müzakirə edilib.

Yığıncaqda vurğulanıb ki, bu sahədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları işə tam ciddi yanaşmayıblar. ”Təhlükəsiz Yol” Alyansı ictimai mühitdəki məhz bu boşluğu doldurmaq üçün yaradılıb.

Problemə gətirib çıxaran piyada səhlənkarlığı, sürücü məsuliyyətsizliyi, yol mədəniyyəti, qanunvericilikdəki boşluqların aradan qaldırılması sahəsində lazımi işlərin görülməsi, bu sahəyə məsul dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin artırılması Alyansın həmişə diqqət mərkəzində olacaq.
Xatırladaq ki, yanvarın 17-də Alyansın və onun fəaliyyət proqramının təqdimatı olacaq. Dəyirmi masaya dövlət qurumları, Alyansdan kənar qalan QHT-lər və KİV təmsilçiləri dəvət olunublar.

Adıçəkilən tədbir yanvarın 17-də saat 11:00 Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında keçiriləcək.
XS
SM
MD
LG