Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:34

Züqanov prezident olsa yeni seçki keçirəcəyini deyir


Rusiya Kommunist partiyasının lideri və prezidentliyə namizəd Gennadi Züqanov Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin martında keçiriləcək prezident seçkisində qalib gəlsə, onun komandası vaxtındanəvvəl parlament seçkisi keçirməyə hazırdır.

O Dövlət Dumasına prezident seçkisinin ədalətli keçirilməsinə təminat verən 12 qanun layihəsi təqdim edəcəklərini bildirib və digər müxalifət fraksiyalarını bu paketi dəstəkləməyə çağırıb.

O həmçinin partiyasının fevralın 4-də keçiriləcək kütləvi etiraz aksiyasına qoşulacağını təsdiqləyib.

Duma seçkilərinin saxtalaşdırıldığını təkid edən müxalifət nəticələrin ləğvi və yeni seçki keçirilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG