Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:32

Məhkəmədə hüquq müdafiəçisinin hakimə etirazı təmin olunub


Əshabəli Mustafayev
Əshabəli Mustafayev
Yanvarın 11-də Ucar rayon Məhkəməsində hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsinə hazırlıq iclası başlanıb və yarımçıq qalıb. Səbəb Taleh Xasməmmədovun hazırlıq iclasına sədrlik edən hakim Çingiz İsgəndərliyə etiraz etməsi olub. Bu barədə AzadlıqRadiosuna Xasməmmədovun vəkili Əshabəli Mustafayev məlumat verib:

«İclas başlanan kimi mən vəsatət qaldırdım ki, Taleh Xasməmmədov barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilsin. Vəsatət təmin olunmadı. Sonra biz hakimə etiraz etdik. Çünki Xasməmmədov əvvəllər həmin hakim barəsində mətbuatda tənqidi yazılar yazıb. Bundan başqa, Xasməmmədova məxsus ofisdə axtarış aparılması, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarları da Çingiz İsgəndərli çıxarıb. Biz hesab etdik ki, hakim bu işdə qərəzli ola bilər və etirazla bağlı vəsatət verdik. Vəsatətimizdə göstərdik ki, Çingiz İsgəndərli Ucar rayon məhkəməsinin sədridir, həmin məhkəmədə ondan başqa hakim olmadığından işlərə də özü çıxır. Ona görə də Xasməmmədovun məhkəməsi başqa rayon məhkəməsində keçirilməlidir».

Vəsatət təmin olunub. Hakimin qərarı Şirvan Apellyasiya Məhkəməsində göndərilib. İşə hansı rayon məhkəməsində baxılacağını Şirvan Apellyasiya Məhkəməsi müəyyən edəcək.

Göyçay sakini olan Taleh Xasməmmədov hüquq müdafiəçisi kimi əsasən Ucar rayonunda fəaliyyət göstərib. Bir neçə ay idi ki, Youtube-də Ucar polisinin fəaliyyəti ilə bağlı videoçarxlar yerləşdirirdi. Noyabrın 12-də Ucar polisi onu həbs edib. Əvvəlcə barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, sonradan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə maddəsi də əlavə olunub. O, polis şöbəsində xuliqanlıq etməkdə təqsirləndirilir.

Taleh Xasməmmədov isə ittihamları qəbul etməyib və həbsini fəaliyyəti ilə əlaqələndirib.

İstintaqı Ucar rayon Prokurorluğunda aparıb. Taleh Xasməmmədov və vəkili həmin prokurorluğun işdə maraqlı olduğunu və bu istintaq işində obyektivliyinə şübhə ilə yanaşdıqlarını əsas gətirərək işin başqa prokurorluğuna verilməsinə dair vəsatət veriblər. Vəsatət təmin olunmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG