Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:54

Parisdə avrozonadakı böhran müzakirə olunur


Avropa Birliyi ölkələrinin liderləri və Beynəlxalq Valyuta Fondunun rəhbəri bu gün yenidən avrozonadakı böhranı müzakirə edəcəklər.

Fransa prezidenti Nikolas Sarkozy Parisdə fondun rəhbəri Kristin Laqard (Christine Lagarde) , Almaniyanın kansleri Angela Merkel və İtaliyanın baş naziri Mario Monti ilə görüşəcək.

İtaliyanın baş naziri görüş ərəfəsində bildirib ki, kəskin iqtisadi tədbirlər paketini qəbul etmək üçün onun ölkəsinə Avropa Birliyi tərəfindən daha konkret dəstək lazımdır.

Çərşənbə günü açıqlanmış məlumata görə, avrozonadakı borc böhranına baxmayaraq ötən il Almaniyada daxili məhsulun həcmi 3 faiz artıb.

Avrozonada iqtisadi cəhətdən 3-cü böyük ölkə olan İtaliya borc böhranıyla üzləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG