Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:34
Yanvarın 10-da ailə üzvləri həbsdə olan AXCP fəalı Zeynal Bağırzadə ilə görüşüblər.

Bu haqda AzadlıqRadiosuna Zeynal Bağırzadənin qardaşı, AXCP Naxçıvan təşkilatının rəhbəri Yaşar Bağırsoy məlumat verib:

«Muxtar Respublika Prokurorluğundan xəbər göndərdilər ki, ailə üzvləri ilə görüşə icazə verilir. Oğlu deyir ki, görüş vaxtı Zeynalın əhval-ruhiyyəsi pis olmayıb. Görüş təkbətək olmadığından Zeynala işgəncə verilib-verilmədiyini öyrənə bilməyiblər».

Bir müddət əvvəl Yaşar Bağırsoy qardaşına işgəncə verildiyini bildirmişdi. O, bu fikrində qalır:

«Zeynala işgəncə verilməyibsə, heç bir təzyiqə məruz qalmayıbsa, mətbuata açıqlama verdiyimiz vaxt, həbsindən 2 gün sonra ailə üzvləri ilə onu görüşdürərdilər. Onda demək olardı ki, bu adama işgəncə verilməyib. İşgəncə məsələsinin ortaya çıxmasından 10-12 gün sonra görüşə icazə vermələri isə məndə şübhə və narahatçılıq yaradır».

Muxtar Respublika Prokurorluğu isə Zeynal Bağırzadəyə işgəncə verilməsi haqda deyilənləri təkzib etmişdi.

Yaşar Bağırsoy bildirir ki, artıq qardaşına vəkil tutulub. Zeynal Bağırzadənin hüquqlarını vəkil Əshabəli Mustafayev qoruyacaq.

Vəkil Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, Zeynal Bağırzadənin işi ilə əlaqədar yaxın günlərdə Naxçıvana uçacaq.

Dekabrın 26-da AXCP fəalı Zeynal Bağırzadə Naxçıvan şəhər Məhkəməsinin hökmü ilə 3 ay həbs cəzası alıb. O, CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluqla külli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG