Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:29

Müşahidəçilərdən biri Suriyanı tərk edib


Ərəb Dpövlətləri Liqasının Suriyadakı müşahidəçilər qrupunun əlcəzairli üzvü Anwar Malek ölkəni tərk edib.

O Homs şəhərində olduğu 15 gün ərzində zorakılıqların davam etdiyini, dəhşətli səhnələr, yandırılmış cəsədlər gördüyünü və buna görə də ölkəni tərk etmək məcburiyyətində olduğunu deyir.

Hazırda Suriyada ərəb ölkələrindən 165 müşahidəçi çalışır.

Onlar ölkədəki vəziyyətə qiymət verməyə çalışırlar.

Birləşmiş Ştatların BMT-ki daimi nümayəndəsi Susan Rice bildirib ki, müşahidəçilərin
Suriyaya səfərindən sonra azı ölkədə 400 adam öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi aksiyalar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG