Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Vəkillər Kollegiyasına qarşı apellyasiya şikayəti təmin olunmadı


Yanvarın 11-də vəkillik fəaliyyəti 1 illik dayandırılmış Xalid Bağırovun Nəsimi rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Bu barədə AzadlıqRadiosuna Xalid Bağırov məlumat verib.

Qarşı tərəf iclasda iştirak etməyib.

Ötən ilin avqustunda Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov Vəkillər Kollegiyasına müraciət edib ki, Xalid Bağırov vəkil sirrini yaydığına görə barəsində tədbir görülsün. Vəkillər Kollegiyasının Rəyasət Heyəti də Xalid Bağırovun vəkillik fəaliyyətini bir il müddətinə dayandırıb.

Xalid Bağırov qərardan Nəsimi rayon Məhkəməsinə şikayət etsə də, məhkəmə VK-nın qərarını qüvvədə saxlayıb. Xalid Bağırovun apellyasiya şikayəti həmin qətnamədən idi.
XS
SM
MD
LG