Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:11

Janaozendə parlament seçkiləri keçiriləcək


Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Janaozen şəhərində parlament seçkilərinin keçirilməməsi ilə bağlı qərarı ləğv edib.

Bundan əvvəl Qazaxıstanın Konstitusiya Şurası bu şəhərdə seçki keçirilməməsi qərarı qəbul etmişdi.

Keçən ilin dekabrında Janaozen şəhərində əmək haqlarını tələb edən neftçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olmuşdu. Qarşıdurma nəticəsində 17 adam həlak olmuşdu, 100-ə yaxın adam yaralanmışdı.

Qazaxıstanda parlament seçkiləri yanvarın 15-də keçiriləcək.
XS
SM
MD
LG