Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:43

Hava kəskin pisləşəcək, qar yağacaq


Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Gecə 2-4, gündüz 4-8 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında yanvarın 12-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək. /Ekologiya və Təbii Sərvətlər Nazirliyi/
XS
SM
MD
LG