Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:05

Fransa Senatı erməni sıyqırımı iddialarını inkarı cinayət sayan qanunun müzakirə tarixini açıqladı


Fransa Senatı bildirib ki, erməni soyqırımını inkar etməyi cinayət əməli sayan qanun layihəsini yanvarın 23-də müzakirəyə çıxaracaq.

Fransa parlamentinin aşağı palatası qanun layihəsini ötən ay qəbul etmişdi. Qanuna görə, ermənilərin 1915-ci ildə Osmanlı türkləri tərəfindən soyqırıma məruz qaldığı fikrini inkar edənlər 1 il həbs cəzası və 45 000 avro cərimə ilə cəzalandırılacaqlar.

Türkiyə bu qanunun qəbulundan sonra Fransa ilə siyasi və hərbi əməkdaşlığı dayandırdığını açıqlayıb və başqa sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.

500 minə yaxın erməninin yaşadığı Fransa 2001-ci ildə ermənilərin soyqırım iddialarını dövlət səviyyəsində tanıyıb.
XS
SM
MD
LG