Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:30

AXCP fəalı Arif Alışlı vaxtından əvvəl azadlığa çıxa bilər


İctimai Palatanın «2 aprel» mitinqində həbs olunmuş AXCP fəalı Arif Alışlı vaxtından əvvəl azadlığa çıxa bilər. Bu barədə AzadlıqRadiosuna məhbus özü məlumat verib:
«Bu mənim birinci məhkumluğumdur. Cinayət Məcəlləsində göstərilən hüququmdan istifadə edəcəyəm, cəzamın üçdə bir hissəsini çəkəndən sonra azadlığa buraxılmağım üçün ərizə verəcəyəm. Bu barədə həm həbsxana rəisi ilə, həm də Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə də danışmışıq. Cənab Mədət Quliyev də bildirib ki, mənim barəmdə həbsxanada mənfi rəy yoxdur, müsbət sorğular gedir».
O deyir ki, əfvlə bağlı heç bir orqana müraciət etmək fikri yoxdur.
Arif Alışlı yanvarın 9-da atasının vəfatı ilə əlaqədar müvəqqəti azadlığa buraxılıb. Yanvarın 15-də o, yenidən 17 saylı cəzaçəkmə müəssisəsinə qaytarılacaq.
Arif Alışlı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG