Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:08

AzadlıqRadiosunun 2 əməkdaşı «Media açarı» alıb


Vüsalə Əlibəyli və Hüseynbala Səlimov

Vüsalə Əlibəyli və Hüseynbala Səlimov

Yanvarın 10-da «Media açarı-2011» mükafatı təqdim olunub. Qaliblər arasında AzadlıqRadiosunun iki əməkdaşının adı da var.
İlin ən yaxşı şərhçisi nominasiyası üzrə Hüseynbala Səlimov və ən yaxşı jurnalist araşdırması nominasiyası üzrə Vüsalə Əlibəyliyə «Media Açarı» mükafatı verilib.
«İlin Media Adamı» nominasiyası üzrə mükafata isə akademik Rafiq Əliyev layiq görülüb.
4-cü nominasiya üzrə mükafat isə sahibini tapa bilməyib. «Yeni Nəsil» Jurnalistlər Birliyindən verilən məlumata görə, «Ən yaxşı reportyor» bölümünə uyğun şəxs seçə bilməyiblər.
«Media açarı» mükafatı 1995-ci ildən etibarən hər il 22 İyul – Milli Mətbuat Günü ərəfəsində təqdim olunur. İlk dəfə olaraq 2011-ci ildə mükafatın təqdimatı iyulda baş tutmayıb.
Builki münsiflər heyətində media ekspertləri Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Zeynal Məmmədli təmsil olunublar.

Şərhləri göstər

XS
SM
MD
LG