Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Yol polisinin sabiq rəisi 500 min dolları mənimsəyib?


Margar Ohanian məhkəmə zalında. 9 yanvar 2012

Margar Ohanian məhkəmə zalında. 9 yanvar 2012

Yanvarın 9-da Yerevanda Ermənistan yol polisinin keçmiş rəhbəri Margar Ohanianın məhkəmə prosesi keçirilib.
Ona qarşı vəzifədən sui-istifadə etmə və iri məbləğdə mənimsə maddələri ilə iki ittiham irəli sürülüb.
Məsələn, ittihamnamədə deyilir ki, Ohanian yol polisi üçün ayrılan yanacağın böyük hissəsini mənimsəyib və dövlətə külli-miqdarda ziyan vurub. İttihamnamədə qeyd olunur ki, toplanmış sübutlar dövlətə təxminən 571 min dollar ziyan vurulduğunu göstərir.
Baxmayaraq ki, keçmiş yol polisi rəisi ittihamı qəbul etmir, ancaq ibtidai istintaq zamanı dövlət büdcəsinə 500 min dollar ödəyib.
ZƏRƏR DÖVLƏTƏ ÖDƏNİLİB
O zaman bu barədə AzadlıqRadiosuna erməni xidmətinə onun vəkili Mkrtıç Vasakian demişdi ki, Ohanianın zərərini onun qohumları ödəyib:
«Adam bu şəhərdə uzun illərdir yaşayır. 30 il hüquq-mühafizə orqanlarında işləyib, polis polkovniki olub. Onun dayısı, xalası, qardaşı, çoxlu dostları var. Üstəlik, o, sıradan bir adam deyil. Hamı kömək edib ki, bu zərər ödənilsin və zərər də ödənild».
Vəkil onu da əlavə etmişdi ki, zərərin ödənilməsi üçün Ohanianın əmlakı girov qoyulub.
Əgər Margar Ohanian ittihamı rədd edirsə, özünü günahkar saymırsa, onda nəyə görə bu qədər vəsaiti dövlət büdcəsinə ödəyib? Vasakyan demişdi ki, polis polkovniki olan Oqanyan öz vicdanı və ləyaqəti xatirinə, sonralar vicdanı təmiz və rahat olsun deyə bu məbləği ödəmək qərarına gəlib.
Vəkil onu da əlavə etmişdi ki, zərəri həm də ona görə ödəyiblər ki, Ohanian barədə seçilmiş həbs qərarı dəyişsin.
Ohanian ötən il avqustun 30-da saxlanıb və sentyabrın 2-də barəsində həbs qəti-imkan tədbiri seçilib.
Benzin mənimsəməsi ilə bağlı Margar Ohaniandan savayı yol polisinin üç əməkdaşına – yol polisinin təsərrüfat şöbəsinin müdiri Ara Levonian, texnik Samvel Maxmurian və 2-ci zabit batalyonunun komandiri Stepan Karaxaniana qarşı da ittiham irəli sürülüb.
BİR TELEFON ZƏNGİ
Yol polisinin sabiq rəisi Margar Ohanian

Yol polisinin sabiq rəisi Margar Ohanian

Margar Ohanian məhkəmədə deyib ki, onun həbsi bir telefon zəngi ilə olub və bu həbs kimlərəsə lazımdır, amma o, əlində olan faktları açıqlaya bilmir.
Dövlət ittihamçısı isə deyib ki, Ohanian əlində olan faktları məhkəməyə təqdim edə bilər.
Margar Ohanian isə deyib:
«Bu, xidmət etdiyim polis strukturlarına aiddir. Prokurorluğa, ya Xüsusi Təhqiqat Xidmətinə, ya da məhkəməyə aid deyil. Mən sizə yalnız onu deyə bilərəm ki, siz yadların mübarizəsinə cəlb olunmayın».
Ohanian çıxışında hansısa yüksək çinli məmurun və deputatın bu işdə əli olmasına işarə edib. Amma o, ad çəkməyib.
Bu günkü məhkəmə prosesində Ohanian barəsində seçilmiş həbs qərarının dəyişilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə bu vəsatəti təmin etməyib.

Sayta hazırladı: Səadət Akifqızı

Şərhləri göstər

XS
SM
MD
LG