Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:21

BBC radiosu üç azərbaycanlı sənətçini bir diskdə birləşdirdi


Alim Qasımov və Fərqanə Qasımova

Alim Qasımov və Fərqanə Qasımova

Bir milyondan çox dinləyici auditoriyası olan “BBC 3” radiosunun növbəti layihəsi çərçivəsində üç azərbaycanlı sənətçinin ifaları daxil edilmiş disk hazırlanıb.

Diskdə xalq artisti Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova, eyni zamanda xanəndə Qoçaq Əsgərovun ifaları toplanılıb.

Q. Əsgərov APA-ya deyib ki, BBC 3 radiosu ifası sevilən və ən çox dinlənilən sənətçilərin ən yaxşı ifalarını ikili diskə toplayaraq satışa çıxarıb. Satış dünyanın əksəriyyət ölkələrində təşkil edilib.

Qoçaq Əsgərovun sözlərinə görə, qısa zamanda dinləyici tələbatını nəzərə alan təşkilat komitəsi diskin 6 aydan bir tirajını artırmağa qərar verib.

Diski alanlar Alim Qasımov və Fərqanə Qasımovanın ifasında iki xalq mahnısı, Qoçaq Əsgərovun ifasında isə «Ay qız» xalq mahnısı və «Şahnaz» muğamını dinləyə bilərlər.

Qoçaq Əsgərov, Avstraliya, 2010
XS
SM
MD
LG