Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:13

Kreditləri ən yaxşı Naxçıvanda qaytarırlar


Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-ECONOMICS»ə verilən məlumata görə, 2011-ci ilin dekabrın 1-ə ölkə üzrə problemli kreditlərin həcmi 636,677 mln. manat təşkil edib. Problemli kreditlərin 531,169 mln. manatı Bakı şəhəri, 105,509 mln. manatı regionların payına düşür. Kredit portfelinin həcmini nəzərə aldıqda, paytaxtda problemli kreditlərin payının 6,2%, regionlarda isə 8,4% təşkil etdiyini görürük.

Kreditlərin qaytarılmasında ən pis vəziyyət Yuxarı Qarabağ iqtisadi rayonunda yaranıb. AMB-dən bildirilib ki, bu iqtisadi rayonda verilən kreditlərin 14,2%-nin vaxtı keçib (1,517 mln. manat).

Problemli kreditlərin payına görə sonrakı yeri Abşeron iqtisadi rayonu tutur – burada vaxtı keçmiş kreditlərin həcmi 29,665 mln. manat və ya 10,6% təşkil edir. Sonrakı yerlərdə Dağlıq Şirvan (ümumi kredit portfeli – 31,591 mln. manat, vaxtı keçmiş kreditlər - 10,4%), Lənkəran (portfel – 116,974 mln. manat, problemli kreditlər - 9,3%), Şəki-Zaqatala bölgəsi (portfel – 102,208 mln. manat, problemli kreditlər - 9,2%) qərarlaşıb.

Problemli kreditlərin həcmi Gəncə-Qazax iqtisadi rayonunda 8,5% (ümumi kredit portfeli 268,531 mln. manat), Kəlbəcər-Laçın iqtisadi rayonunda 8% (portfel – 2,121 mln. manat), Aran iqtisadi rayonunda 7,5% (portfel – 279,617 mln. manat), Quba-Xaçmaz iqtisadi rayonunda 5,9% (portfel – 100,398 mln. manat) təşkil edib.

Kreditlərin qaytarılması ilə bağlı ən yaxşı vəziyyət Naxçıvan Muxtar Respublikasında yaranıb. Belə ki, hesabat dövründə Naxçıvanda vaxtı keçmiş kreditlərin cəmi 820 min manat təşkil edib və bu, kredit portfelinin 1,2%-nə bərabər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG