Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:44

Bakıda mağazadan qızıl alanda nəyə baxmalı?



Hazırda iqtisadi böhranda bir çoxları pullarını qorumaq üçün qızıl alır. O cümlədən mağazalarda satılan qızılı.
Ancaq qızıl alanda hardan almalı və alanda nəyə baxmalı?

2011-ci ildə Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 30 sahibkarlıq subyektində qiymətli metalların, daşların əyarını yoxlayıb.

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev «APA-ECONOMICS»ə deyib ki, yoxlama zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 40 324 ədəd zərgərlik məmulatları aşkar edilib:

«Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub ki, Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənərək əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb».

Piriyev onu da qeyd edib ki, əyar nəzarəti tədbirləri zamanı «Moskva», «Laçın» və «Gənclik» Ticarət Mərkəzlərində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha çox rast gəlinib.

«Adı çəkilən ticarət mərkəzlərində fəaliyyət göstərən 11 sahibkara məxsus obyektlərdə aparılan yoxlamalar zamanı alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 34%-nin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG