Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:41

Sürüşmə zonalarının xəritəsi hazırlanır


Azərbaycanın sürüşmə zonalarının xəritəsi hazırlanacaq.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib.

A.Əlizadə Azərbaycanın sürüşməyə meylli ərazilərinin adlarını da açıqlayıb. Bunlar Bakı-Abşeron, Mingəçevir, Lənkəran-Talış zonası, Böyük Qafqazın cənub yamacıdır.

İnstitut direktoru deyib ki, bunlar Azərbaycanın geoloji baxımdan zəif nöqtələrdir və bu nöqtələrin hər birinin sürüşmə xəritələrinin hazırlanması çox vacibdir: «Sürüşmələr daha çox geoloji mühitdən asılı olaraq yaranır. Yağış suları, insan faktoru, texnogen amillər də buna təsir edir». /apa/
XS
SM
MD
LG