Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:56

Recep Tayyip Erdogan: “Suriyada vətəndaş müharibəsinin əlamətləri görünür”


Türkiyənin baş naziri Recep Tayyip Erdogan xəbərdarlıq edib ki, qonşu Suriyada "dini, təriqətçi və vətəndaş müharibəsinin" əlamətləri sezilir.

Onun fikrincə, Türkiyə regionda bu problemin çözülməsində aparıcı rol oynamalıdır.

Keçirdiyi mətbuat konfransında Erdogan prezident Bashar al-Assad rejimini öz xalqını öldürməkdə ittiham edib. Deyib ki, Suriyanın sürükləndiyi vətəndaş müharibəsi Türkiyəni də təhlükələ sövq edir:

Erdoğan onu da deyib ki, Türkiyə Suriyaya qarşı sansksiyalara başlayıb.

Türkiyə uzun müddətdir ki, Suriyanı müxalif etirazları boğmaqda tənqid edir.

BMT-nin qiymətləndirməsinə görə, Suriyada baş verən zorakılıqlarda 5 mindən çox adam ölüb.
XS
SM
MD
LG