Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:51

İsveçrənin Milli Bank sədri qalmaqaldan sonra istefa verdi


Solda- Philipp Hildebrand

Solda- Philipp Hildebrand

Dünyanın ən nüfuzlu 10 bankırindan biri - İsveçrənin mərkəzi bankı olan Milli Bankın sədri Philipp Hildebrand istefa verib.

İstefaya səbəb onun xanımının həyata keçirdiyi valyuta əməliyyatı ətrafında yaranan qalmaqaldır.

Hildebrandın xanımı Kashya avqustun 15-də 400 min franklıq dollar almışdı.

Bundan 3 həftə sonra isə İsveçrə mərkəzi bankı frankın qalxmağının qabağını almaq qərarını verdi və frank düşməyə, dollar qalxmağa başladı.
Bu qərardan Kashya 21 günə təxminən 80 min frank xeyir götürdü.

Bunu ilk dəfə yazan İsveçrənin Weltwoche jurnalı bildirirdi ki, mərkəzi bankın qərarını bilən sədr öz xanımına tapşırıb ki, frankı dollara dəyişdirsin.

Hildebarnd isə keçən həftə istefa verməkdən imtina etmişdi. O deyirdi ki, xanımının valyuta əməliyyatından bir gün sonra xəbər tutub.

Onun bir arqumenti də odur ki, Kashya peşəkar traderdir, yəni valyuta alıb-satandır.O, ərindən asılı olmayaraq hərəkət edir.

48 yaşlı Hildebrand dünyada ən çox maaş alan mərkəzi bank sədri idi. Onun maaşı ildə 1 milyon dollara yaxın idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG