Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:48

İrana embarqodan Azərbaycan udacaq


İlham Şaban
İlham Şaban
Avropa Birliyi İran neftinin idxalına embarqo qoymağa «hə» deyib. Hərçənd İrandan neft alan bəzi Avropa dövlətləri tərəddüd içindədirlər. Son qərar isə yanvarın 30-da veriləcək. Hərçənd

«BU EMBARQONUN AZƏRBAYCANA DƏXLİ YOXDUR»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban belə deyir. O, sözünə belə davam edir:

«Azərbaycan İrandan nə neft alır, nə də neft məhsulları. 3 il əvvələ kimi Azərbaycan İrana neft məhsulları ixrac edirdi. Sonradan bu alış-veriş də dayandı».

Amma Azərbaycan blokadada yaşayan Naxçıvan Muxtar Respublikasının qazla təminatında İranın köməyindən istifadə edir:

«İran vasitəsilə Naxçıvana müqavilə əsasında qaz ötürürük. Bu da ildə təqribən 300 min kubmetr edir. 15 faiz də xidmət haqqı ödənir».

ADİ AZƏRBAYCANLI ÜÇÜN İRAN NEFTİNƏ EMBARQO QOYULDU NƏ FƏRQİ, QOYULMADI NƏ FƏRQİ?

Əgər belə deyirsizsə, səhviniz var. İrana embarqo Azərbaycanda da diqqətlə izlənir. Təkcə iqtisadiyyatı neftdən asılı Azərbaycan dövlətinin rəsmiləri tərəfindən yox. Həm də adi vətəndaş tərəfindən. Elnurə Hüseynova deyir ki, 3 otaqlı mənzillərini kirayə vermək istəyiblər. Ancaq makler onlara tələsməməyi məsləhət görüb:

«Makler dedi ki, yaxınlarda İrana embarqo qoyulacaq. Ordan- bura gələnlərin sayı da arta bilər. Buna görə də kirayə haqlarının qalxması gözlənir. Evimizi baha kirayə vermək üçün biz də gözləyirik».

QAZANAN VƏTƏNDAŞ YOX, DÖVLƏT BÜDCƏSİ OLACAQ

İrana neft embarqosunun Azərbaycana müsbət və mənfi fəsadları ola bilər. Məsələn, İrandan miqrasiya arta bilər. Bu da bazarda qiymətlərə təsirsiz ötüşməyəcək. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu belə deyir. Amma onun sözlərinə görə, İran neftinə embarqodan daha çox qazanan Azərbaycanın dövlət büdcəsi olacaq.

İqtisadçı deyir ki, embarqo enerji bazarında vəziyyətə ciddi təsir edəcək. Çünki İran həm neft ehtiyatlarına, həm də hasilatına görə dünyanın aparıcı ölkələrdəndir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, İran hər gün 3 milyon barel neft ixrac edir, bu da onu dünyada 4-cü ixracatçı ölkə kimi tanıdır.

Eyni zamanda, İranın ehtiyatları 126 milyard barel səviyyəsində qiymətləndirilir. İqtisadçıya görə, bu qədər potensial sahibinin dünya bazarına çıxışının məhdudlaşdırılması qiymət artımına gətirəcək:

Rasim Musabəyov
Rasim Musabəyov
«Azərbaycan neft ixracatçısıdır. Dünyanın baha olması bir sıra proseslərə təsir edəcək: valyuta məzənnəsinə, manatın möhkəmlənməsinə. Azərbaycanın gəlirlərinin artmasına təsir edəcək. Gəlirimiz, çıxarımıza baxanda biz daha çox uduruq, nəinki itkilərimiz olur».

5 FAİZDƏN 30 FAİZƏDƏK GƏLİR İTİRƏCƏK

Deputat Rasim Musabəyov da bu fikirdədir ki, bu embarqonun Azərbaycana təsiri məhdud olacaq:

«Biz İrandan nə neft alırdıq ki, embarqo tətbiq edək? Banklarımızın İranla dollar əməliyyatı keçirməyəcəkləri səbəbindən manat-tümən dövriyyəsi arta bilər. Bizim dövriyyəmiz məhduddur. İrana gəlincə, onun neftinin 80 faizini Hindistanla Çin alır. Onlar da sanksiyalara qoşulmurlar».

Bununla belə, Rasim Musabəyov deyir ki, İranın bazarı qalsa da, alıcıları qiyməti endirəcəklər. Bundan başqa, daşınmalar bahalanacaq və sığorta şirkətləri İran neftini sığortalamaqdan imtina edəcəklər. Bu da müxtəlif hesablamalara görə, İranı 5 faizdən 30 faizə kimi neft gəlirindən məhrum edəcək.

TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİ...

Siyasi şərhçi Sədrəddin Soltan deyir ki, Azərbaycan İrana qarşı sanksiyaları dəstəkləməyəcək. Buna da səbəb Azərbaycanın təhlükəsizlik məsələsidir.
Yada salaq ki, ABŞ və Avropa dövlətləri İranın nüvə proqramını dayandırmaq üçün Tehrana qarşı bir sıra sanksiyalar qəbul ediblər. BMT-nin də İrana qarşı 4 sanksiya paketi var.
XS
SM
MD
LG