Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33

Sultan Süleymanın Rusiya səfəri başlayır


Türkiyənin Sultan Süleyman haqda “Möhtəşəm yüz il” serialı Rusiya kanalında göstəriləcək.

Türkiyə mediasının yaydığı xəbərə görə, bu həftə sonundan (14 yanvardan) başlayaraq serial Rusiyanın “Domashniy” telekanalında yayımlanmağa başlayacaq.

Türk mediası bu nümayişi “Sultan Süleymanın Rusiya səfəri” kimi təqdim edir.

Dizinin adı ruscaya “Velikolepnıy Vek” kimi tərcümə olunub. Artıq adıçəkilən kanalda filmdən fraqmentlər də yayılmağa başlayıb.

Kanal serialı tamaşaçılarına belə tanıdır: “Saray dekorasiyaları, mükəmməl şıq geyimlər və serialın dünyadakı inanılmaz uğuru... Sultan Süleymanın qəlbini çalan cariyə Roksalananın hekayəti...Roksalana və Süleyman!”

Türkiyə mediasının yazdığına görə, Halit Ergenç, Okan Yalabık, Meryem Üzerli, Nebahat Çehre, Selma Ergeç və Nur Fettahoğlunun başrollarını oynadığı dizide rusların en çox marağını çəkən Meryem Uzerli’nin oynadığı Krım doğumlu Hürrəm Sultan xarakteri və o dönəmin qıyafətləridir.

Xəbərdə tarixi gerçəklikdən əlavə dizinin məşhurlaşmasına səbəb kimi tətillərini Türkiyədə keçirən ve türklərlə evli olan rusların sosial paylaşım şəbəkələrində dizi ilə bağlı açdıqları müzakirələr də göstərilir.

Xatırladaq ki, Osmanlı Sultanı Qanuni Sultan Süleyman dönəminə işıq salan “Möhtəşəm yüz il” dizisi yayımlandığı gündən bəri izlənmə rekordları qırır və bitməz-tükənməz müzakirələrə doğurur.

Dizini tarixi saxtalaşdırmaqda qınayanlar da var.

Qanuni Sultan Süleymanın bütün həyatını döyüşlərdə keçirdiyini, dizidə təsvir olunan saray əyləncələrinə sadəcə vaxt tapmadığını da əsas gətirirlər.

Amma dizinin yaradıcıları hər fürsətdə tarixi film çəkmədiklərini və dizinin əvvəlində yazıldığı kimi “tarixdən ilham alaraq” yola çıxdıqlarını bəyan edirlər.
XS
SM
MD
LG