Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:41

İsveçrənin Milli Bankının sədri qalmaqaldan sonra istefa verdi


İsveçrənin Milli Bankının sədri Philip Hildebrand istefa verib.
İstefaya səbəb onun xanımının həyata keçirdiyi valyuta əməliyyatı ətrafında yaranan qalmaqaldır.

Hildebrandın xanımı Kashya avqustun 15-də 400 min frank verib, dollar almışdı.
Bundan 3 həftə sonra isə İsveçrə Mərkəzi Bankı frankın qalxmağının qabağını almaq qərarını verdi və frank düşməyə, dollar qalxmağa başladı.
Bu qərardan Kashya təxminən 20 faiz xeyir götürüb.

İsveçrənin Weltwoche jurnalı bildirib ki, Mərkəzi Bank sədrinin xanımı onun göstərişi ilə hərəkət edib.
Hildebarnd isə keçən həftə istefa verməkdən imtina etmişdi. O deyirdi ki, xanımının valyuta əməliyyatından bir gün sonra xəbər tutub.
Bundan başqa Kashya peşəkar traderdir, yəni valyuta alıb-satandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG