Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:55

Yunanıstanın Milli Qalereyasından Picassonun çəkdiyi şəkil oğurlanıb


Yunanıstanın Milli Qalereyasından iki şəkil oğurlanıb. Onlardan biri Picassonun çəkdiyi şəkildir.

Bu gün səhər saatlarında oğrular qalereyaya girərək Picassonun 1939-cu ildə çəkdiyi “Qadın başı” əsərini oğurlayıblar. Bunu polis rəsmisi bildirib.

İkinci oğurlanan əsər Hollandiya rəssamı Piet Mondrianın çəkdiyi şəkildir. Ancaq əsərin adını polis bildirməyib.
XS
SM
MD
LG