Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10

Polşalı hərbi prokuror özünü güllə ilə vurub


Polşanın hərbi prokuroru mətbuat konfransı keçirəndən sonra özünü güllə ilə vurub.

Mikolay Przybyl mətbuat konfransında Polşa prezidentinin təyyarəsinin iki il əvvəlki qəzası ilə bağlı mətbuata məlumat sızmalarının hərbi istintaqını müdafiə edirdi.

O, belə sızmaları tənqid edib və jurnalistlərə deyib ki, bu məlumatları sızdıran jurnalistlərin telefon danışıqlarına baxmağa prokurorların ixtiyarı var.

Bundan sonra o, jurnalistlərə deyib ki, onun otağından çıxsınlar.

Daha sonra isə Mikolay Przybyl öz ofisində yaralı tapılıb.
Hazırda onun həyatına təhlükə yoxdur.

2010-cu ilin aprelində Polşa prezidenti Lech Kaczynskinin və daha 95 nəfərin uçduğu təyyarə qəzaya uğradı.

Günün bütün mövzuları

XS
SM
MD
LG