Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37
Londonun ənənəvi taksi istehsalçısı «Manganese Bronze» bildirir ki, ötən il onlar uğursuzluğa düçar olublar. Buna səbəb kimi iqtisadi vəziyyətin pisləşməsi və Azərbaycandan olan sifarişin yubanması göstərilir.

Şirkətin yanvarın 9-da yaydığı bəyanatda deyilir ki, onlar ötən ilin oktyabrı üçün Azərbaycandan 500 taksi sifarişi alıblar. Amma bu sifariş yanvarın 30-a kimi təxirə salınıb:

«Hesab edirik ki, Britaniyada satışın zəifləməsi və Azərbaycandan sifarişin yubanması şirkətin ili mənfəətlə başa vurmasına mane olacaq».

«Manganese Bronze» şirkəti ümid edir ki, Azərbaycanla müqavilə bu il icra olunarsa, zərəri qarşılaya bilərlər.

Böyük Britaniyada isə şirkətin satışları 2011-ci ildə 9.1 faiz azalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG