Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

Pervez Musharraf Pakistana qayıdacağı təqdirdə həbs olunacaq


Keçmiş prezident Pervez Musharraf Pakistana qayıdacağı təqdirdə həbs olunacaq. Bunu ölkənin daxili işlər naziri Rehman Malik yerli mətbuata deyib.

O, bildirib ki, Musharraf ayağını ölkəyə qiyan kimi həbs ediləcək.

Dubayda olan Pervez Musharraf liman şəhəri olan Karachidəki tərəfdarlarına video ilə müraciət edərək söyləyib ki, bu ayın axırında Pakistana qayıdacaq və 2013-cü il seçkilərində iştirak etmək üçün siyasi partiyasına rəhbərlik edəcək.

Musharraf 1999-cu ildə çevriliş yolu ilə hakimiyyətə gəlib və hərbi diktator kimi tanınıb. 2008-ci ildə istefaya gedəndən sonra xaricdə yaşayır.

Ona qarşı çoxsaylı ittihamların arasında qətlə yetirilən keçmiş baş nazir Benazir Bhuttonın təhlükəsizliyini təmin etməmək də var.
XS
SM
MD
LG