Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:24

Piratların girovu olan gürcülər azadlığa buraxılıb


Bir ildən artıqdır ki, Somali piratlarının girovluğunda olan on beş gürcü dənizçisi azad edilib.

Gürcüstanın Dəniz Nəqliyyat Agentliyi bu barədə məlumat yayıb.

Ötən ilin sentyabrında piratlar Malta bayrağı ilə üzən gəmini ələ keçiriblər və 15 gürcü və üz türkiyəlini girov götürüblər.

Agentliyin məlumatında deyilir ki, hökumət dənizçilərin azadlığa buraxılması üçün səy göstərib. Amma aydın deyil ki, üç türkiyəli azad olunub, ya yox.

Piratlar girovların azadlığı müqabilində 9 milyon dollar tələb ediblər. Məlumatda o da açıqlanmır ki, bu tələb yerinə yetirilib, ya yox.
XS
SM
MD
LG