Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:45

Özbəkistandan gəlib vətəndaşlıq ala bilməyənlər


Arxiv foto: Bakı
Arxiv foto: Bakı
SOVET DÖVRÜNDƏ TƏYİNATLA ÖZBƏKİSTANA GÖNDƏRİLMİŞDİLƏR

Mehriban Əliyeva adlı dinləyici zadlıqRadiosunun «Qaynar xətt»inə övladına vətəndaşlıq verilməməsindən şikayət edib. Deyir ki, hələ Sovet dövründə həyat yoldaşı ilə o, dövlət xətti ilə Özbəkistana işləməyə göndərilib. 2006-cı ildə həyat yoldaşı Özbəkistandan Azərbaycana qayıdıb və qısa müddət ərzində vətəndaşlıq ala bilib. Bir neçə ay sonra Mehriban Əliyeva da Azərbaycana köçüb. Ancaq onun vətəndaşlıq alması mümkün olmayıb. Deyiblər ki, indi vətəndaşlıq almaq üçün yeni yaradılmış Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşmək və gözləmək lazımdır. 5 il keçib, Mehriban Əliyevaya hələ də vətəndaşlıq verilməyib. Ancaq onun problemi bununla bitmir. 1995-ci ildə Özbəkistanda doğulmuş və valideynləri ilə 2006-cı ildə Bakıya köçmüş, hazırda isə 16 yaşında olan qızı Aytən Cabbarovaya da vətəndaşlıq verilmir.

«HƏYAT YOLDAŞIMA VƏTƏNDAŞLIQ VERİLİB, BİZƏ İSƏ YOX»

Mehriban Əliyeva:

«Mən özüm Azərbaycanda doğulmuşam. Özbəkistana da təyinatla getmişəm, orda ev-eşiyi satmışıq, qeydiyyatdan çıxıb Azərbaycana qayıtmışıq, burda ev də almışıq, məskunlaşmışıq. Yoldaşım burda qeydiyyata da düşüb, vətəndaşlıq da alıb. Qızımla mənə isə vətəndaşlıq verilmir. Qızım şəxsiyyət vəsiqəsi ala bilmir. Biz nə etməliyik?»

Azərbaycan Respublikası Konstitusiyasının 52-ci Vətəndaşlıq hüququ maddəsində konkret göstərilir ki, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Dövlət Miqrasiya Xidmətinin məktubunda isə bildirilir ki, Aytən Cabbarova Özbəkistan Respublikasında doğulduğuna görə ona Azərbaycan vətəndaşlığı verilə bilməz.

«QANUN DEYİR Kİ...»

Hüquqşünas Namizəd Səfərov bunu absurd sayır:

«Belə bir qanun yoxdur ki, birmənalı şəkildə desin ki, sənə Azərbaycan Respublikasının vətəndaşlığı verilə bilməz. Vətəndaşlıq üçün müraciət edən şəxsin qarşısında qanuni şərtlər qoyulur. 5 il ərzində o şərtlərə əməl edibsə, o adama vətəndaşlıq verilməlidir. Vətəndaşlıq prezidentin fərmanı ilə verilir. Ancaq mən rast gəlməmişəm ki, son illərdə kiməsə vətəndaşlıq verilsin. Bizdə vətəndaşlıq almaq çox çətindir. Başqa ölkələrdən 10-20 illərlə əvvəl buta köçüb yaşayanlar var ki, ev-eşik, oğul-uşaq, iş sahibi olublar, ancaq hələ də Azərbaycan vətəndaşı deyillər. Mehriban Əliyeva Dövlət Miqrasiya Xidmətindən aldığı imtina məktubu əsasında ərazi üzrə inzibati məhkəməyə müraciət edə bilər. Bəlkə problemini hüquqi müstəvidə tapa bildi».

XS
SM
MD
LG