Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:04

İran amerikalını ölümə məhkum edib


İran məhkəməsi amerikalı Amir Mirzaei Hekmatini ABŞ-ın kəşfiyyat idarəsinə işləməkdə suçlu bilib və onu ölüm cəzasına məhkum edib.
Bu barədə dövlət radiosu məlumat yayıb.

Məhkəmənin iddiasına görə, keçmiş ABŞ hərbi dənizçisi Amir Mirzaei Hekmati xüsusi təlim keçib və İrandakı missiyasına başlamazdan əvvəl İraq və Əfqanıstanda ABŞ hərbisində xidmət edib.

İran bildirib ki, onu ötən ilin dekabrında həbs edib.

Arizonada doğulmuş 28 yaşlı Hekmatinin ailəsi İran əsillidir. Michiganda yaşayan atası deyir ki, oğlu ABŞ kəşfiyyatının casusu deyil və İrana nənəsinə baş çəkməyə gəlib.

ABŞ Dövlət Departamenti onun azadlığa buraxılmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG