Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:32

Orta məktəb şagirdi özünü öldürüb


Azərbaycanın Siyəzən rayonunda orta məktəb şagirdi özünü öldürüb.

Bu barədə «APA»ya Rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə yanvarın 8-də qeydə alınıb. Rayon sakini, 16 yaşlı Namiq Hüseynov yaşadığı evin çardağında özünü asıb. Onun meyiti hadisədən xeyli sonra ailəsi tərəfindən aşkar edilib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG