Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:21

İsrail müdafiə xərclərini 6 faiz artırır


İsrailin baş naziri Benjamin Netanyahu elan edib ki, ölkə müdafiə xərclərini bu il 6 faiz, yəni 780 milyon dollar artıracaq.

Netanyahu bildirib ki, hazırkı vaxtda müdafiə xərclərinin azaldılması "böyük səhv" olardı:

- Hesab etdim ki, bizi əhatə edən təhlükələrə, saysız iddialara görə müdafiə büdcəsini azaltmaq səhv olardı, hətta böyük səhv olardı. Sonra fikirləşdim ki, bu dövrdə büdcəni daha da genişləndirmək lazımdır. Ona görə də biz 3 milyard şekels (780 milyon dollar) əlavə edirik.

Frans Press Agentliyi xəbər agentliyinin məlumatına görə, İsrailin müdafiə xərcləri 14 milyard dollardır. Bu məbləğin 3 milyardı ABŞ tərəfindən illik hərbi yardım kimi verilir.
İsrailin regionda Türkiyə və Misirlə münasibətləri korlanıb. O cümlədən, ölkə İranın nüvə proqramından narahatdır.
XS
SM
MD
LG